Xəbərlər

Bakı Ali Neft Məktəbində qış imtahan sessiyası başlanıb

Bakı Ali Neft Məktəbində 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Dekabrın 27-dən başlanan imtahanlar yanvarın 26-da yekunlaşacaq. Ali Məktəbdə imtahanlar bu il ilk dəfə olaraq fərqli formatda təşkil edilib.

Bu formata görə, müxtəlif ixtisaslar və kurslarda təhsil alan tələbələr eyni vaxtda, eyni otaqda imtahanda iştirak edirlər. Yeni format üçün Ali Məktəbin kampusunda yerləşən iki idman zalı xüsusi olaraq ayrılıb. Burada ara məsafəsi saxlanılmaqla daha çox tələbənin imtahanda iştirak etməsinə imkan yaradılıb. Fərqli formatda keçirilən imtahanları bir neçə nəzarətçi izləyir. İlk imtahanlarda Neft-qaz, Kimya mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarında təhsil alan ümumilikdə 186 tələbə iştirak edib.