Xəbərlər
Erasmus+ ECAR layihəsinin monitorinq görüşü keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi etdiyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ KA2 proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi aparılıb. Görüşdə layihənin koordinatoru və Erasmus+ Milli Ofisindən nümayəndələrlə yanaşı, layihədə tərəfdaş olan Azərbaycan universitetlərindən layihə menecerləri də iştirak ediblər.
Qeyd edək ki, bu görüş layihənin 36 aylıq icra olunma müddətində keçiriləcək 3 monitorinqdən ilkidir. Monitorinq zamanı layihənin vacibliyi, gələcək fəaliyyətləri, universitetlərarası əməkdaşlıqların inkişaf etdirilməsi və layihənin dayanıqlılığı kimi bir çox vacib mövzular müzakirə olunub və interaktiv formada davam edib. ECAR layihəsi çərçivəsində 12 universitetin rektoru ilə müsahibə aparılıb və prorektorlarla görüşlər keçirilib.