Xəbərlər

Ali məktəblərə daxil olan Prezident təqaüdçülərini təbrik edirik

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən, 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Prezident təqaüdçüləri Azərbaycanın 9 ali məktəbinə daxil olan tələbələrdir. Bu siyahıya Bakı Ali Neft Məktəbi (BANM) liderlik edir. 102 nəfər Prezident təqaüdçüsündən 33 nəfəri BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir.

Ali məktəblər üzrə Prezident təqaüdçülərinin sayını təqdim edirik:

 

Ali məktəblər

Tələbələrin

     sayı

1

Bakı Ali Neft Məktəbi

33 nəfər

2

Azərbaycan Tibb Universiteti

25 nəfər

3

Bakı Dövlət Universiteti

15 nəfər

4

ADA Universiteti

12 nəfər

5

UNEC

8 nəfər

6

Dövlət İdarəçilik Akademiyası

4 nəfər

7

UFAZ

2 nəfər

8

Xüsusi təyinatlı ali məktəb

2 nəfər

9

ADNSU

1 nəfər