Xəbərlər

BANM-in tələbələri transmilli şirkətlərdə təcrübə keçirlər

           Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbələri Emerson Process Management və Schneider Electric şirkətində istehsalat təcrübəsi keçirlər. Yay istehsalat təcrübəsi iyulun 1-dən avqust ayının 15-dək davam edəcək. Tələbələr əldə etdikləri nəzəri bilikləri Emerson Process Management şirkətində proseslərin avtomatlaşdırılması laboratoriyasında dərinləşdirir, təcrübədə təkmilləşdirirlər  Tələbələr, o cümlədən, təcrübə müddətində Schneider Electric şirkətində sənayedə istifadə olunan müxtəlif qurğularla tanış olurlar, enerji effektivliyinin əldə olunması yollarını mənimsəyirlər.

                  Qeyd edək ki, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə II kursda təhsil alan 18 tələbəsi 1 iyul-15 avqust tarixlərində, ümumilikdə 5 şirkətdə - Emerson Process Management, Schneider Electric, AVANDSIS GROUP ve Atenau LTD, NÖC  ( Nəzarət Ölçü Cihazları və Avtomatika MMC)  şirkətlərində təcrübədə olacaqlar.

                  Bununla yanaşı, BANM-in Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri bp, SOCAR, Baker Hughes, Halliburton və digər transmilli beynəlxalq şirkətlərdə  yay istehsalat təcrübəsi keçirlər.