Xəbərlər

Bakı Ali Neft Məktəbində onlayn imtahanlara start verilib

             Bakı Ali Neft Məktəbində 2019/2020-ci tədris ilinin yaz smesterinin bütün dərslərini başa vuran tələbələr üçün Final imtahanı onlayn qaydada təşkil edilib.

 

             İlk olaraq Final imtahanları Neft-Qaz mühəndisliyi və Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının V kurs tələbələri üçün keçirilib. “Mülki müdafiədə tibbi yardımın əsasları” fənnindən keçirilən imtahanda 70 nəfərə qədər tələbə iştirak edib. 3 saat davam edən imtahanda tələbələr 25 sualı cavablandırıblar.

 

          İmtahanlar LMS (Learning Management System - Öyrənmənin İdarəolunması Sistemi) sistemi üzərindən reallaşdırılıb.