Xəbərlər
Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları keçiriləcək
Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları keçiriləcək. Konfranslar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində təşkil ediləcək.
Belə ki, 6-10 aprel 2020-ci il tarixlərində “Kimya və Kimya Mühəndisliyində Dayanıqlı İnkişaf” adlı konfrans “Ekoloji Problemlər və Biotexnologiya”, “Neft-qaz və Neft-kimya Prosesləri”, “Mütərəqqi Materiallar və Polimerlər” mövzularına həsr olunacaq.
13-16 aprel 2020-ci il tarixlərində “Qazıntı və Bərpaolunan Enerji” konfransında “Neft çıxarma və nəql etmə prosesslərində enerji qoruma texnologiyaları”, “Neft hasilatı sistemlərində ekoloji problemlər və onların həlli yolları”, “Karbohidrogen laylarının işlənməsində multidissiplinar yanaşma”, “Neft-qaz kəşfiyyatında hövzə analizi”, “Quyuların istismarının və layların işlənməsinin təkmilləşdirilməsi vasitəsilə hasilatın optimallaşdırılması”, “Bərpa olunan enerji”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz mühəndisliyi: Effektiv maliyyələşdirilmə” mövzuları müzakir olunacaq.
“Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020” adlı konfrans 14-16 aprel 2020-ci il tarixlərində təşkil olunacaq.
Konfransın mövzuları “İnformasiya, ölçmə, mexatronika və idarəetmə sistemləri”, “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı”, “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və Kibertəhlükəsizliyin problemləri”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi”dir.
Konfranslar barədə ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs - İlahə Bayramova ilə əlaqə saxlamaq mümkündür:
Tel: +994 50 843 30 17; e-mail: ilahe.bayramova@socar.az;
Tezislərin onlayn qəbulu: http://conference-bhos.az