Xəbərlər
Bakı Ali Neft Məktəbinə ixtisas seçimi başlayıb
Ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin bu gündən etibarən ixtisas seçimi prosesi başlayıb. Abituriyentlər arzu etdikləri ali məktəb üzrə avqustun 6-dək ixtisas seçimi həyata keçirməlidirlər.
SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə bakalvriat səviyyəsində qəbul aparılır. Bu il BANM-ə 150-si dövlət sifarişli, 40-ı ödənişli əsaslarla olmaqla ümumilikdə 190 yerlik qəbul planı təsdiqlənib.
“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının hər birinə dövlət sifarişli 45 yer, ödənişli əsaslarla 10 yer ayrılıb. Qeyd edək ki, bu ixtisaslar üzrə kadr hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin ikili diplom proqramı əsasında aparılır.
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə dövlət sifarişli 40 yer, ödənişli əsaslarla 10 yer, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə isə dövlət sifarişli 20 yer, ödənişli əsaslarla 10 yer nəzərdə tutulub.
Bakı Ali Neft Məktəbinin bütün ixtisaslarında təhsil ingilis dilində əyani formada, müsabiqə Azərbaycan və rus bölmələri üzrə aparılır. İxtisas seçimi üçün müvafiq ixtisasların şifrələrini aşağıda təqdim edirik ;
“Neft-qaz mühəndisliyi” (dövlət sifarişli) – 141133
“Neft-qaz mühəndisliyi” (ödənişli əsaslarla) - 141141
“Kimya mühəndisliyi” (dövlət sifarişli) – 141174
“Kimya mühəndisliyi” (ödənişli əsaslarla) - 141182
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (dövlət sifarişli)- 141158
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (ödənişli əsaslarla)- 141166
“İnformasiya təhlükəsizliyi” (dövlət sifarişli) – 141117
“İnformasiya təhlükəsizliyi” (ödənişli əsaslarla) – 141125