Xəbərlər

Bakı Ali Neft Məktəbinin müəllimi İspaniyanın Valladolid Universitetində ezamiyyətdə olub

          Bakı Ali Neft Məktəbinin (BANM) dünya ali təhsil müəssisələri ilə əməkdaşlığının möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması kontekstində Ali məktəbin Kimya mühəndisliyi kafedrasının dosenti Amir Reza Vakhshouri, Avropa İttifaqının "Erasmus+" proqramı çərçivəsində İspaniyanın Valladolid şəhərində Valladolid Universitetində (UVa) ezamiyyətdə olub.

 

          Səfər zamanı UVa-nın Mühəndislik və Sənaye məktəbinin Kimya və ətraf mühit fakültəsinin rəhbəri, Ətraf Mühit və Dayanıqlı Proseslər İnstitunun direktoru professor Rafael Mato, həmin fakültənin digər professoru Pedro Qarsia ilə görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlər, eləcə də gələcəkdə birgə layihələrin aparılması barədə geniş müzakirələr aparılıb. Daha sonra İnstitutun laboratoriyaları ilə tanışlıq olub, tədqiqatla məşğul olan magistratura və doktorantura tələbələri ilə fikir mübadiləsi aparılıb.

 

          Universitetin professoru Fidel Mato və kimya mühəndisliyi ixtisasının müəllimi ilə görüş də baş tutub və onunla birgə tədris proqramı haqqında geniş müzakirələr aparılıb. Daha sonra fakültənin Erasmus koordinatoru professor Raol Manoz ilə keçirilmiş görüşdə ətraflı danışıqlar aparılıb. Bu müzakirədə tələbələrin, habelə işçilərin transferi, birgə proqramın aparılması, ikili diplomlu proqramlar və onların proseduru haqqında ətraflı məlumatlar toplanılıb. O bildirib ki, birinci mərhələdə iki Universitetin rəhbərliyi arasında memorandom imzalanmalı, sonra ekspert sözləşmə olmalı və bütün detallar ekspert sözləşmədə qeyd olunmalıdır.

 

            Proqram çərçivəsində professor Rafael Mato və dosent Xuan Qarsia Serna ilə birlikdə Yüksək təzyiqli laboratoriyalarda görüş keçirilib və yaxından onların elmi istiqamətləri və texniki bazaları ilə tanışlıq olub.

 

            Proqramın son günü Təbii Elmlər fakültəsinin polimer qrupu ilə görüş təşkil olunub. Görüşdə professor R. Mato ilə birgə, professor Miguel A. Rodriquezi də iştirak edib və polimer sahəsində fəaliyyətlər və istiqamətlər müzakirə olunub. Daha sonra BANM-ın dosenti Amir Reza Vakhshouri polimerlə bağlı 12 tədqiqat laboratoriyasından görüşdə iştirak edib və onların fəaliyyəti haqqında yaxından tanış olub. Sonra yüksək təzyiq tədqiqat qrupunun rəhbəri professor Maria Xose Alonso ilə görüşlər davam etdirilib və yekun müzakirələr aparılıb.