Xəbərlər
Baker Hughes, a GE company Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
Bakı Ali Neft Məktəbində (BANM) böyük beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” şirkətilə görüş keçirilib. Şirkətin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin Təhlükəsizlik üzrə regional meneceri Nikolay Rotar və Aparıcı sahə mühəndisi Emilya Məmmədova BANM-ın rektoru Elmar Qasımov və digər məsul əməkdaşları ilə görüşüblər.
Görüş zamanı Ali Məktəbin rektoru Elmar Qasımov cənab Qreiq Rasel Lindsay BANM-ın tələbələrinə olan diqqətini yüksək qiymətləndirib və bu əməkdaşlığı gənclərin inkişafına verilən dəstək olduğunu bildirib.
Görüş zamanı əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr edilib. Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən “Baker Hughes, a GE company” şirkətinin rəhbərinin və əməkdaşlarının Ali Məktəbin tələbələrinə seminarlar keçməsi qərara alınıb. Həmçinin şirkətdə BANM tələbələrini istehsalat təcrübəsinin təşkil olunması və məzunların işə qəbulu dəqiqləşdirilib. Bu istiqamətdə koordinator Ali Məktəbin məzunu, hazırda şirkətin Aparıcı sahə mühəndisi Emilya Məmmədova təyin olunub.
“Baker Hughes, a GE company” şirkətinin rəhbəri Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə təlimlərinin də artıq bundan sonra BANM-da keçirmək niyyətində olduğunu bildirib.
Sonra nümayəndələr Ali Məktəbin laboratoriyaları və əzəmətli Konqres zalı, Senat zalı ilə tanış olublar.