Xəbərlər
Bakı Ali Neft Məktəbinin məzunu Emilya Məmmədova I kurs tələbələrinə seminar keçdi
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasının məzunu, “Baker Hughes, a GE company” şirkətinin Aparıcı sahə mühəndisi Emilya Məmmədova Ali Məktəbdə seminar keçib. "LEAD in All Ways" (“Bütün istiqamətlərdə idarə et”) adlı seminarda Ali Məktəbin “Foundation” (1-ci kurs) tələbələri iştirak ediblər.
Emilya Məmmədova seminarda tələbələrə Menecement, Liderlik haqqında biliklərini çatdırıb, Komanda işinin əsas prinsipləri, liderliyin paylaşılması haqqında danışıb.
Seminarda həmçinin tələbələri ən çox maraqlandıran mövzulardan olan intervyu müzakirə olunub və intervyu zamanı lazım ola biləcək məsləhətlər tələbələrin diqqətinə çatdırılıb.
Seminarın sonunda tələbələrlə mövzu ətrafında müzakirələr edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.