Xəbərlər

Bakı Ali Neft Məktəbi Tələbə Qəbulu üzrə Statistik məlumatları dərc etdi

         Bakı Ali Neft Məktəbi (BANM) tələbə qəbulu üzrə bütün statistik göstəriciləri özündə birləşdirən hesabat dərc edib. Burada ali təhsil müəssisələrinə qəbul imtahanlarında toplanılan orta balların ümumi mənzərəsi, ixtisaslar üzrə orta bal dinamikası, Ali Məktəbə daxil olmuş tələbələrin müxtəlif kateqoriyalar üzrə təsnifatı və s. kimi maraqlı məlumatlar öz əksini tapıb.

 

       Hesabatda həmçinin göstərilir ki, 2018-ci il I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyentin hamısı BANM-ı seçib. Həmçinin 2018/2019-cu tədris ilində BANM-ın 26 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Hər iki göstərici ölkə üzrə rekord göstəricidir və BANM-ı Azərbaycan Universitetləri arasında lider edir.

 

       Hesabatda qeyd edilən statistik göstəricilər haqqında daha çox məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiz. http://www.bhos.edu.az/nodupload/editor/files/StatisticHesabat_2018_Az_Jurnal.pdf