Xəbərlər

BANM-da Elm və mənəviyyat adlı seminar keçirildi

       Bakı Ali Neft Məktəbində "Sinerji" elmi diskussiyalar klubunun növbəti seminarı keçirilib. “Elm və mənəviyyat” adlı seminarın məruzəçisi BANM-ın Neft-qaz mühəndisliyi kafedrasının professoru, əməkdar müəllim Fuad Vəliyev olub. Seminarda Ali Məktəbin müəllimləri, administrativ əməkdaşları və tələbələri iştirak ediblər.

 

          Seminarın məqsədi tələbələrin dünyagörüşünün genişləndirilməsi, onlara multikultural dəyərlərin düzgün aşılanması olub.

 

         Məruzəçi çox sayda mənbələrə, tarixi faktlara və öz şəxsi təcrübəsinə əsaslanaraq, qloballaşan dünyada elm və mənəviyyatın vəhdətindən, dahi şəxsiyyətlər və onların cəmiyyətdəki rolu, elmin insanlara düzgün çatdırılması məsələlərindən danışıb. Seminar zamanı iştirakçılar və məruzəçilər arasında mövzu ətrafında maraqlı diskussiyalar aparılıb.   

 

       Qeyd edək ki, BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun yaradılmasında əsas məqsəd tələbələri, gənc alim, pedaqoq və mütəxəssisləri dəqiq və humanitar elmlər, mühəndislik üzrə yeni nailiyyətlər, aktual problemlər, perspektivlər barədə məlumatlandırmaq, elmi-praktiki diskussiyalara cəlb etmək, elmi-tədqiqat işinə həvəsləndirmək, onlarda yaradıcılıq vərdişləri, diskussiya aparmaq, çıxış etmək mədəniyyəti formalaşdırmaqdır.