Xəbərlər

BANM-da SPE-nin Sənayedə Elm və Tədqiqat adlı texniki seminarı keçirilib

         Bakı Ali Neft Məktəbi Neftçi Mühəndislər Cəmiyyəti (SPE BHOS Student Chapter) “Sənayedə Elm və Tədqiqat” adlı texniki seminar keçirib. Seminarda BANM-la yanaşı digər ali təhsil müəssisələrinin 50-dək tələbəsi iştirak edib. BANM-da periodik təşkil olunan seminarların təşkil edilməsində əsas məqsəd tələbələrin yalnız nəzəri biliklərlə deyil, müxtəlif şirkətlərin mütəxəssisləri ilə görüşlərinin təşkil olunması, eləcə də  digər yeniliklər haqqında məlumat əldə etmələrinə şərait yaratmaqdır.

 

        Seminarda BP AGT şirkətinin Rezervuar xarakteristikası üzrə qrup rəhbəri Elşən Rzayev neft sənayesində tədqiqat işlərinin aparılmasının vacibliyindən, “eiLink Research & Development Center” tədqiqat mərkəzinin gerçəkləşdirdiyi layihələrdən və tələbələrin təqdiqat işlərində iştirakının onlara verdiyi üstünlüklərindən danışıb. Seminar boyu tələbələri bu sahə üzrə maraqlandıran suallar cavablandırılıb.  

 

       Tədbirin sonunda BANM-ın rektoru Elmar Qasımov iştirakçılarla görüşərək təşkilatın fəaliyyətindən məmnun olduğunu və belə seminarların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.