Xəbərlər
BANM-ın Foundation tələbələrilə görüş keçirildi
Bakı Ali Neft Məktəbinə (BANM) rektoru Elmar Qasımovun yeni qəbul olmuş 1-ci kurs tələbələrilə görüşü keçirilib. Görüşdə həmçinin Ali Məktəbin müxtəlif şöbələrinin məsul əməkdaşları iştirak ediblər.
Rektor tələbələrlə tanış olduqdan sonra onları Ali Məktəbə daxil olmaları münasibətilə təbrik edib. Rektor “Foundation” tələbələrinə onları gözləyən tələbələik həyatından, məzunlardan, BANM-da təlim-tədrisin keyfiyətindən danışıb.
Görüş zamanı Ali Məktəbin Keyfiyyətin təminatı şöbəsinin məsul əməkdaşı Güldanə Hidayətli tələbələrə “Foundation” ilinin tədris proqramı, tələbələrin riayət etməli olacaqları daxili intizam qaydaları, imtahan qaydaları və s. haqqında məlumat verib.
Ali Məktəbin psixoloqu Leyla Qasımova tələbələr qarşısında çıxış edərək onlara keçiriləcək seminarlardan danışıb və hər bir tələbəyə ilboyu mənəvi dəstək göstərməyə hazır olduğunu bildirib.
Daha sonra Tələbələrlə iş şöbəsinin əməkdaşı Ləman Hüseynova gənclərə BANM-ın tələbələrinin daxili intizam qaydaları haqqında prezentasiya təqdim edib. Ali Məktəbin kitabxanasının məsul əməkdaşı Sənəm Abışova Ali Məktəbin kitabxanasından istifadə, tələbələr üçün yaradılmış müxtəlif məlumat bazaları, kitablar və s. haqda danışıb. BANM-ın daha bir əməkdaşı Murad Quliyev isə tələbələrə davamiyyət, biometrik qeydiyyat haqda məlumat verib və yaxın günlərdə hər bir tələbələyə Ali Məktəb tərəfindən işgüzar email açılaraq təqdim olunacağını bildirib.
BANM-ın 2018-ci il məzunlarından SOCAR Polymerin Proses mühəndisi Sevinc Qafarlı, BP-də mühəndis Elşən Mikayılov və Almaniyanın Dortmund Universitetinin Proses sistem mühəndisliyi ixtisasına qəbul olmuş İbrahim Şərifov tələbələr qarşısında prezentasiya ilə çıxış ediblər. Ali Məktəb haqqında xoş xatirələrini paylaşan məzunlar “Foundation” tələbələrinə BANM-da təşkil olunan opera və teatr səfərlərindən, şirkət rəhbərlərilə təşkil olunan görüş və seminarlardan, BANM tələbəsini digər universitet tələbələrindən fərqləndirən xüsusiyyətlərdən, eləcə də Ali Məktəbdə keyfiyyətli tədris sistemindən danışıblar. Məzunların çıxışı yeni qəbul olmuş tələbələrə böyük motivasiya olub.
Görüşün sonunda hər tələbəyə “Tələbələr üçün əl kitabı” təqdim edilib.