Xəbərlər

EBSCO Information Service şirkəti BANM-da təlim keçdi

Bakı Ali Neft Məktəbində EBSCO İnformation Sevices şirkəti tərəfindən Ali Məktəbin müəllimləri və digər əməkdaşları üçün növbəti təlim keçirilib.Elmi araşdırmaların aparılmasında və məlumatların toplanmasında yeni effektiv vasitələrin istifadəsi. EBSCO host platformasında yerləşən elektron kitab və məlumat bazalarının istifadə edilməsi.” adlanan təlimin əsas məqsədi Ali Məktəbin əməkdaşlarına yüksək nəticələrin əldə edilməsi üçün  resursların  effektiv istifadə olunmasını çatdırmaq olub.

Təlim EBSCO İnformasiya xidmətinin MDB ölkələri üzrə regional satış meneceri İrina Krejçarova tərəfindən keçilib. O, təqdimatında təlim iştirakçılarına EBSCO şirkəti, EBSCO Discovery Service xidmətinin məlumat bazası və resurslarının effektiv istifadə olunması, interaktiv, sadə və genişləndirilmiş axtarış, mətnlərlə iş haqqında danışıb. İ.Krejçarova EBSCO Information Services sisteminin individual istifadəçiləri tərəfindən elektron kitabların necə yüklənməsi haqda məlumat verib. Sonda təlimçi iştirakçıların suallarına cavab verib.

Qeyd edək ki, EBSCO Information Services şirkəti EBSCO Industries Inc.-ın bölməsi olub kitabxanalar üçün elektron resurslar təchiz edən aparıcı şirkətdir. EBSCO Discovery Service şirkətinin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri üçün istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur və Ali Məktəbin internet səhifəsi vasitəsi ilə istifadə oluna bilir.