
Konfrans
Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Rəqəmsal Transformasiya-2023” TƏLƏBƏ VƏ GƏNC TƏDQİQATÇILARIN IV BEYNƏLXALQ ELMİ KONFRANSI

18-19 aprel tarixlərində Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal transformasiya-2023” Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçiriləcək.
Konfrans “Rəqəmsal transformasiya texnologiyalar”, “Rəqəmsal rabitə”, “Rəqəmsal daşıma”, “Rəqəmsal ağıllı şəhərlər və rəqəmsal binalar”, “Rəqəmsal sənaye və kənd təsərrüfatı”, “Rəqəmsal şəxsiyyət, dezinformasiya və saxta xəbərlər” mövzularını əhatə edir.
- “Rəqəmsal Transformasiya-2023”: 18-19 aprel 2023-cü il
Tezislərin qəbulu üzrə son qeydiyyat tarixi:
- yerli tələbə və gənc tədqiqatçılar üçün 6 mart 2023-cü il, saat 23:59,
- xarici ölkə universitetlərinin müraciətçiləri üçün 31 mart 2023-cü il, saat 23:59-dək uzadılıb.
Məkan: Bakı Ali Neft Məktəbi, Bakı, Azərbaycan