Konfrans

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Neft-qaz geologiyası və mühəndisliyi” TƏLƏBƏ VƏ GƏNC TƏDQİQATÇILARIN IV BEYNƏLXALQ ELMİ KONFRANSI

12-13 aprel tarixlərində Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Neft-qaz geologiyası və mühəndisliyi” Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçiriləcək.

Konfransda “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi”, “Neft-qazçıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”, “Neft-qaz sahəsində iqtisadi səmərəliliyin analizi”, “Təbiət və texniki elmlər bölməsi”, həmçinin “Enerji keçidi” mövzuları müzakirə olunacaq.

Tezislərin qəbulu üzrə son qeydiyyat tarixi:

  • yerli tələbə və gənc tədqiqatçılar üçün 6 mart 2023-cü il, saat 23:59, 
  • xarici ölkə universitetlərinin müraciətçiləri üçün 31 mart 2023-cü il, saat 23:59-dək uzadılıb.

Məkan: Bakı Ali Neft Məktəbi, Bakı, Azərbaycan

Tezislər toplusu

Tezislərinin yüklənilməsi üçün elektron qeydiyyat sisteminə keçid

Qeydiyyat