• “Kompüter Mühəndisliyi” ixtisası üzrə müəllim

     

    Bakı Ali Neft Məktəbi “Kompüter Mühəndisliyi” ixtisası üzrə müəllim vakansiyası elan edir.

    • İş qrafiki: Həftə içi 5 gün 09:00-16:12
    • Tibbi sığorta

     

    Tələblər:

    • Ali təhsil Elektrik və Elektronika mühəndisliyi, Kompüter mühəndisliyi və ya Kompüter Elmləri ixtisasları üçün);
    • İngilis dili bilikləri (tədris ingilis dilindədir)
    • Müvafiq sahə üzrə sertifikatlar

     

    Baki Ali Neft Məktəbində işləyən müəllimlərin üstünlükləri:

    • Karyera inkişafı
    • Doktorantura
    • Kreativ, müasir, gənc kollektiv
    • Layihələrdə, Hakatonlarda, Startaplarda iştirak
    • Xarici Universitetlərə səfər, mübadilə proqramlarında iştirak.

     

     Əsas vəzifə və öhdəlikləri:

    • İxtisası üzrə tədris planlarına və hər tədris ili üçün fərdi iş planına uyğun olaraq mühazirə, seminar, laborator və praktik məşğələlər aparır;
    • Təhsilin bütün formaları üzrə seminar, laborator və praktik məşğələlər aparır;
    • Kafedranın tədqiq etdiyi mövzu üzrə elmi-tədqiqat işi aparır, onların nəticələrini dərc etdirir;
    • Tələbələrin müstəqil işlərinə istiqamət verir;
    • Tədris prosesinin maddi-texniki və metodiki bazasının möhkəmləndirilməsində bilavasitə iştirak edir;
    • Tələbələrin tərbiyəsi ilə ba­ğ­lı tədbirlər həyata keçirir;
    • Azərbaycan Respublikası qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət edir, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq,  bilik və təcrübəsini artırmaq üçün daim çalışır;

     

    Faylı buraya əlavə edin

    Dəstəklənən fayl növləri: pdf. Maksimum fayl ölçüsü: 1MB