Əmək funksiyası:
- Dekanlığın Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına, SOCAR-ın standartlarına uyğun beynəlxalq təcrübəyə və təsdiq olunmuş iş planlarına əsaslanaraq davamlı fəaliyyətini təşkil edir;
- Hər tədris ili üçün fakültənin iş planının layihəsinin tərtib edilməsi, onun BANM-in Elmi Şurasının müzakirəsinə çıxarılması və təsdiqləndikdən sonra həyata keçirilməsini təşkil edir;
- Azərbaycan vətəndaşları və əcnəbilər üçün BANM-də müxtəlif istiqamətlər üzrə stajkeçmə, ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkili və bununla bağlı sənədləşdirmənin həyata keçirilməsi;
- BANM-in professor-müəllim heyətinin və əməkdaşlarının ölkədə və xaricdə stajkeçmə, ixtisasartırma və yenidənhazırlanma kurslarında təhsilinin təşkili ilə bağlı tələb olunan sənədləşdirmənin həyata keçirilməsi;
- Təkrar ali təhsil üzrə tələbələrin qəbulu, sənədləşmənin həyata keçirilməsi və tədrisin təşkili;
- Ölkədəki və xaricdəki elm və təhsil mərkəzləri ilə davamlı təhsil məsələləri ilə bağlı müzakirələrin aparılması və birgə layihələrin həyata keçirilməsi;
- BANM-də qəbul olunmuş qaydalarla tədris və tədris-mövzu planlarının, tövsiyələrin, mühazirələrin konspektlərinin, tədris vəsaitlərinin və sair tədrisə aid olan metodik sənədlərin hazırlanmasına nəzarət və təsdiq edilməsi;
- Təkrar ali təhsil, MBA-nın müxtəlif istiqamətləri və hazırlıq proqramında oxuyan tələbələrin tədris ili ərzində dərslərinə nəzarət və tələbələrin problemlərinin həll edilməsinə köməkliyin göstərilməsi;
- Respublikanın və xarici ölkələrin təhsil və istehsalat müəssisələri və təşkilatları ilə əlaqələrin yaradılması və onlarla tədris, elmi, elmi-metodiki vəsaitlərin mübadiləsinin həyata keçirilməsi;
- Tədris məşğələlərinin forma və metodlarının daim təkmilləşdirilməsi və ən müasir təlim texnologiyalarının tətbiq edilməsi istiqamətlərində zəruri tədbirlərin həyata keçirilməsi;
- Davamlı təhsil sahəsində məqsədli dövlət proqramlarının, eləcə də beynəlxalq, sahə və regional proqram və planların həyata keçirilməsində BANM-in iştirakının təmin edilməsi;
- Layihə idarəetmə məktəbinin fəaliyyətinin, təlimlərinin aparılması və təşkilinə nəzarət;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət olunmasının təmin edilməsi.
Bilməlidir:
- Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu;
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsil və elmi fəaliyyətlə bağlı qərar, əmr, sərəncam və normativ aktlarını, təhsil sahəsi ilə bağlı qüvvədə olan digər qanunvericilik aktlarını;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin, BANM-in rektorunun əmr, qərar və sərəncamlarını;
- SOCAR-ın standartlaşdırma sisteminin öz iş sahəsinə aid hissəsini;
- Ali məktəbin pedaqogikasının psixologiyasının əsaslarını;
- Tədris-tərbiyə sahəsində ölkədə və xaricdə qazanılmış son nailiyyətləri;
- Əməyin təşkilinin əsaslarını, daxili intizam qaydalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarını, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, mülki müdafiə qaydalarını;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarını.
İxtisas tələbləri
Fakültənin profilinə uyğun, ən azı 5 il təhsil idarəetmə təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları,həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər.
Əlavə tələblər
Azərbaycan və ingilis dillərini sərbəst bilməli; rus dili biliyi arzu olunandı.
Müraciət etmə qaydaları:
Müsabiqədə iştirak etmək istəyən şəxslər 05 fevral 2023-cü il tarixinədək sabina.huseynova@socar.az ünvanına CV-lər, əmək kitabçasından çıxarış, ali təhsil, şəxsiyyət vəsiqəsinin surətini, fakültənin inkişafı ilə bağlı platformasını təqdim etməlidirlə.Məlumat üçün onu da bildiririk ki, BANM-də çalışan şəxslər, fakültənin inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün (012) 521-33-57 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə uyğun olmayan, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geс müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.