• Biznesin idarə edilməsi kafedrasının müdiri

    Əmək funksiyası:

    Təhsilin bütün formaları üzrə mühazirələrin, laboratoriya, məşğələ dərslərinin təşkili və keçirilməsində kafedranın üzvlərinin fəaliyyətinə, yekun buraxılış imtahanlarına, istehsalat təcrübəsinə, kurs, buraxılış işlərinə, tələbələrin müstəqil işlərinə, imtahan və monitorinqlərin keçirilməsinə, tələbələr arasında tərbiyəvi işlərin təşkilinə rəhbərlik edir;Kafedranın professor-müəllim heyətinin fərdi planlarına müvafiq dərs yükünün bölgüsünü aparır, onun müzakirəsini və təsdiqini təşkil edir;Kafedrada tədris olunan fənlər üzrə tədris proqramlarının hazırlanmasına rəhbərlik edir, onları təsdiq etdirir, bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin edir, digər kafedralarla işgüzar əlaqələr yaradır; Tələbələrin və professor-müəllim heyətinin təsdiq olunmuş planlar üzrə elmi tədqiqatlar aparması üçün şərait yaradır, onların nəticələrinin müzakirəsini keçirir, tədris prosesinə və istehsalata tətbiq olunmasına nəzarət edir; Professor-müəllim heyətinin müsabiqə ilə vəzifələrə seçilməsi ilə bağlı kafedrada müzakirələr keçirir, kafedranın ştatındakı boş yerlərin tutulması və əmək haqqının  Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) qəbul olunmuş qaydalara uyğun ödənilməsi şərti ilə tədrisə mütəxəssislərin cəlb edilməsi ilə bağlı rektora təqdimatlar verir; BANM-in rəhbərliyinin göndərişi ilə kafedraya daxil olmuş digər müəssisələrin tədqiqatçılarının eləcə də, kafedranın əməkdaşlarının dissertasiya işlərinin kafedrada müzakirəsini təşkil edir; Müəssisələr və təşkilatlarla işgüzar əlaqələr yaradır, bu qurumlarda tələbələrin istehsalat təcrübəsi keçməsini təşkil edir;Kafedrada müxtəlif səviyyələrdə təhsil almış məzunlarla daimi əlaqələr yaradılmasını, kafedra üzvlərinin dövri olaraq ixtisasartırma, yenidən hazırlama kurslarına və stajkeçməyə göndərilməsini təşkil edir; Kafedranın tədris laboratoriyalarının müasir avadanlıqlarla təchiz edilməsi üçün təkliflər hazırlayır;Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət edir; Əmək və daxili intizam qaydalarının gücləndirilməsi istiqamətində görülən tədbirlərdə iştirak edir.

     

    Bilməlidir:

    Tədris və tərbiyə, o cümlədən ali təhsillə bağlı dövlət və hökumətin qərarlarını, əmrlərini və göstərişlərini; Ali təhsilin təşkili və kafedranın fəaliyyəti ilə bağlı normativ sənədləri, metodiki göstərişləri;Professor-müəllim heyəti arasında dərs yükünün bölünməsi qaydalarını, tədris planlarının, fənn proqramlarının tərtib edilməsi qaydalarını;Kafedranın tədris-köməkçi və professor-müəllim heyətinin auditoriyadan kənar işinin məzmununu və təşkilini; Müəllimlərin və tələbələrin elmi-tədqiqat işlərinin təşkili metodologiyasını, onlara rəhbərlik etmək qaydalarını;Digər kafedralarda və tədris müəssisələrində mütərəqqi iş təcrübəsini öyrənməyi və kafedrada tətbiq etməyi;Tədris prosesində texniki vasitələrdən istifadə etmək qaydalarını, doktorantların və dissertantların tədqiqat işlərinə rəhbərlik etməyi; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu; Rektorun əmr, qərar və sərəncamlarını; Əməyin təşkilinin əsaslarını, daxili intizam qaydalarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarını, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, mülki müdafiə qaydalarını; İşgüzar ünsiyyət və peşə etiketi qaydalarını.

     

    İxtisas tələbləri

    Kafedra müdiri vəzifəsinə kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, təhsil idarəetmə təcrübəsinə, Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və SOCAR-ın Təqaüd proqramı ilə təhsil almış məzunları, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik  Azərbaycan Respublikasının vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

     

    Əlavə tələblər

    Azərbaycan və ingilis dillərini sərbəst bilməli; rus dili biliyi arzu olunandı.

     

    Müraciət etmə qaydaları:

    Müsabiqədə iştirak etmək istəyən şəxslər  23 iyul  2022-ci il tarixinədək sabina.huseynova@socar.az ünvanına  CV-lər, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodik işlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini, kafedranın inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər. Məlumat üçün onu da bildiririk ki, BANM-də  çalışan şəxslər yalnız elmi və elmi-metodiki işlərin siyahısını, kafedranın inkişafı ilə bağlı platformasını təqdim etməlidirlər. Əlavə məlumat almaq üçün (012) 521-33-57 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

    Diqqət:  Bu vəzifənin tələblərinə uyğun olmayan, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geс müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

    Faylı buraya əlavə edin

    Dəstəklənən fayl növləri: pdf. Maksimum fayl ölçüsü: 1MB