Xəbərlər

BANM məzunu 7 beynəlxalq magistratura proqramlarına qəbul alıb

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının məzunu Sunay Həsənov müraciət etdiyi xarici ölkələrin ali məktəblərindən 7-nə beynəlxalq magistratura proqramlarına qəbul olunub. O, həmçinin universitetlərin təqaüdünü qazanıb. Qeyd edək ki, Sunay Həsənov 2016-cı ildə DİM tərəfindən keçirilmiş qəbul imtahanında 647 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub və məzun olduqda Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 89.28 olub.